Birincilik mükafatı
VI HEVES hemofiliya simpoziumu (“Hemofili Vakalarla Eğitim Sempozyumu”), Antalya
Ege Universiteti Uşaq genetikası şöbəsi ilə birgə elmi iş; şifahi təqdimat.
Pediatr · Neonatologiya təcrübəsi
Bakıda fəaliyyət göstərən pediatr (uşaq həkimi). Azərbaycan Tibb Universitetini bitirib, pediatriya üzrə ixtisas təhsilini Türkiyədə, Erciyes Universitetində alıb. Yenidoğulmuşlardan yeniyetmələrədək uşaqların müayinəsi, profilaktik nəzarəti və müalicəsi ilə məşğuldur. Hazırda INCI CLINIC Bakıda qəbul edir.
Tanış olaq
Uzm. Dr. Nərmin Quluzadə 2013-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. Pediatriya (uşaq sağlamlığı və xəstəlikləri) üzrə ixtisas təhsilini Türkiyədə, Erciyes Universitetinin Mustafa Eraslan və Fevzi Mercan Uşaq Xəstəxanasında tamamlayıb.
Vətənə qayıtdıqdan sonra K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) Anesteziologiya, intensiv terapiya və reanimasiya şöbəsində beş il neonatoloq kimi çalışıb. Həmin illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Pediatriya və neonatologiya şöbəsində pediatr, TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsində isə məsləhətçi olub.
2025-ci ildən INCI CLINIC Bakıda pediatr kimi qəbul edir: yenidoğulmuş müayinəsindən və böyümənin izlənməsindən tutmuş peyvənd məsləhətinə və uşaq xəstəliklərinin müalicəsinə qədər. Xidmətlərlə tanış olun.
Dr. Quluzadə uşaqlarda qabaqcıl həyat dəstəyi (ÇİYAD) üzrə təlimçi proqramını uğurla başa vurub. Ege Universitetinin Uşaq genetikası şöbəsi ilə birgə hazırladığı elmi iş 2020-ci ildə Antalyada keçirilən VI HEVES simpoziumunda birincilik mükafatına layiq görülüb.
Onun yanaşması sadədir: lazımsız dərmandan uzaq, elmə əsaslanan müalicə, vaxtında profilaktika və valideynlə açıq ünsiyyət.
Bir pediatr olaraq vəzifəmiz körpənizi dünyaya göz açdığı ilk andan etibarən qarşılamaq və 18 yaşına qədər onun sağlamlığının keşiyində durmaqdır.
“Bir uşağın sağlamlığı, bir ailənin xoşbəxtliyidir”
Yanaşma
Hər uşaq fərqlidir, amma yanaşma dəyişmir. Dr. Quluzadə onu altı sadə prinsiplə belə ifadə edir:
Beş il neonatal intensiv terapiyada, xüsusi qayğıya ehtiyacı olan yenidoğulmuşların yanında çalışmışam. Bu təcrübə ən kiçik körpədə belə təhlükə əlamətlərini vaxtında görməyə kömək edir.
Hər öskürək sirop, hər qulaq ağrısı antibiotik demək deyil. Müalicəni Amerika Pediatriya Akademiyası (AAP) kimi beynəlxalq qurumların tövsiyələrinə əsaslandırıram, dərmanı isə yalnız zərurət olduqda təyin edirəm.
“Uşaq xəstələndisə, bu onun qismətidir” fikri ilə razı deyiləm. Neonatal skrininqlər, peyvəndlər, böyümə və inkişafın müntəzəm izlənməsi bir çox xəstəliyin qarşısını vaxtında almağa imkan verir.
Uşaq check-upMüayinə zamanı uşağın keçirdiyi hisslər də onun sağlamlığının bir hissəsidir. Məqsədim balacaların müayinə otağından ağlayaraq deyil, gülümsəyərək ayrılmasıdır.
Hər qərarın səbəbini sizə sadə dillə izah edirəm. Pediatr uşağın qoruyucu mələyidirsə, valideyn bu yolda onun ən yaxın tərəfdaşıdır.
Əmgəkdən göbək bağına, qızdırmadan peyvəndlərə qədər faydalı məlumatları paylaşıram. Çağırışım isə belədir: “Google-a deyil, mütəxəssislərə inanın.”
Valideyn bələdçisiTəhsil və təcrübə
Bakıda tibb təhsili, Türkiyədə pediatriya ixtisası, yenidoğulmuşların intensiv terapiyası və bu gün INCI CLINIC Bakı.
Pediatr
Pediatr
Pediatriya və neonatologiya şöbəsi
Neonatoloq
Anesteziologiya, intensiv terapiya və reanimasiya şöbəsi
Məsləhətçi
Tibbi Xidmətlər Departamenti, Ana və uşaq sağlamlığı şöbəsi
Pediatriya üzrə ixtisas (uzmanlıq) təhsili
Mustafa Eraslan və Fevzi Mercan Uşaq Xəstəxanası
Kayseri, Türkiyə
Müalicə-profilaktika fakültəsi
Bakı
Elmi fəaliyyət
VI HEVES hemofiliya simpoziumu (“Hemofili Vakalarla Eğitim Sempozyumu”), Antalya
Ege Universiteti Uşaq genetikası şöbəsi ilə birgə elmi iş; şifahi təqdimat.
Erciyes Medical Journal, 39(1)
Mövzu: bətndaxili asfiksiyanın nadir səbəbi — dəm qazı (karbon monoksid) zəhərlənməsi.
Təlimçi
Uşaqlarda qabaqcıl həyat dəstəyi (ÇİYAD) — təlimçi proqramı
Çocuk Acil Tıp ve Yoğun Bakım Derneği · ETPİ, Bakı
2018
4-cü Erciyes Pediatriya Akademiyası Qış Konqresi
Erciyes Universiteti
2017
61-ci Türkiyə Milli Pediatriya Konqresi
Antalya
2017
“İntensiv terapiya və ventilyator” kursu
3-cü Erciyes Pediatriya Akademiyası Qış Konqresi
2017
3-cü Erciyes Pediatriya Akademiyası Qış Konqresi
Erciyes Universiteti
2016
2-ci Erciyes Pediatriya Akademiyası Qış Konqresi, regional təhsil toplantısı
Erciyes Universiteti
2015
67-ci Pediatriya regional təhsil toplantısı
Türkiyə Milli Pediatriya Dərnəyi
2015
“Uşaqlarda qabaqcıl həyat dəstəyi” (ÇİYAD) kursu
Çocuk Acil Tıp ve Yoğun Bakım Derneği
Adın digər yazılışları: Nermin Guluzade, Narmin Guluzada
Profilaktik müayinə, xəstəlik şikayəti və ya sadəcə sual — qəbula yazılın, birlikdə ən doğru addımı ataq.