Ümumi pediatr müayinəsi
Öskürəkdən halsızlığa, iştahsızlıqdan müntəzəm profilaktik baxışa qədər — körpəlikdən 18 yaşadək uşağınızın sağlamlığına diqqətli və elmə əsaslanan nəzarət.
Xidmətlər · 0–18 yaş
Yenidoğulmuşun ilk müayinəsindən yeniyetməlik dövrünədək — 0–18 yaş uşaqların profilaktik nəzarəti, diaqnostikası və müalicəsi. Hər addımda elmə əsaslanan, uşağa həssas yanaşma və valideynə aydın izah.
Hər yaşda qayğı
İlk gündən 18 yaşadək — bir pediatrın nəzarətində
Öskürəkdən halsızlığa, iştahsızlıqdan müntəzəm profilaktik baxışa qədər — körpəlikdən 18 yaşadək uşağınızın sağlamlığına diqqətli və elmə əsaslanan nəzarət.
Körpənizin ilk günlərindən sağlam və təhlükəsiz böyüməsi üçün təpədən dırnağa müayinə, inkişaf nəzarəti və valideynə aydın tövsiyələr.
Hər uşaq öz tempində böyüyür. Pediatr nəzarəti bu tempin sağlam olub-olmadığını göstərir: boy-çəki, ilk addımlar, ilk sözlər və diqqət tələb edən erkən əlamətlər.
Peyvənd sadəcə bir iynə deyil, uşağınızın sağlam gələcəyidir. Təqvim, gecikmiş dozalar və əlavə peyvəndlər barədə suallarınıza elmə əsaslanan, aydın cavablar.
Öskürək xəstəlik deyil, orqanizmin qoruyucu qalxanıdır. Məqsəd onu kəsmək yox, səbəbini tapmaqdır — soyuqdəymədən pnevmoniya, astma və orta qulaq iltihabına qədər.
Körpənin ilk qaşığından məktəblinin boşqabına qədər: əlavə qidaya təhlükəsiz keçid, iştahsızlığın səbəbləri, qida allergiyası və vitamin çatışmazlığı üzrə pediatr dəstəyi.
Uşağınızın müalicəyə ehtiyacı var, amma gecəni xəstəxanada keçirmək istəmirsiniz? Müalicə gün ərzində tibbi heyətin nəzarətində aparılır, axşam isə balacanız evə qayıdır.
Sedasiya altında stomatoloji və ya digər müalicədən əvvəl uşağın ağciyərləri, tənəffüs yolları və ümumi sağlamlığı yoxlanılır ki, mümkün risklər əvvəlcədən görülsün və azaldılsın.
Profilaktika
Şikayət olmasa belə vaxtında yoxlama: pediatr müayinəsi və yaşa uyğun analizlər qanazlığı (anemiya), dəmir, D və B12 vitamini çatışmazlığını erkən aşkarlamağa kömək edir.
Təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində uşaqların ümumi sağlamlıq vəziyyəti, böyümə və inkişaf göstəriciləri qiymətləndirilir.
Nə vaxt müraciət etməli?
Uşağın kiçik narahatlığı, öskürəyi və ya halsızlığı diqqətdən qaçmamalı, vaxtında qiymətləndirilməlidir.
Yuxarı tənəffüs yollarının infeksiyaları, keçməyən öskürək, qızdırma, qulaq və ya qarın ağrısı kimi hallarda.
Şikayət olmasa belə: müntəzəm check-up, boy-çəki, hərəki və nitq inkişafının izlənməsi, peyvənd təqvimi ilə bağlı suallar.
Uşaqda halsızlıq, iştahsızlıq və ya sizi narahat edən digər gözlənilməz dəyişikliklər müşahidə etdikdə.
Təcili vəziyyətdə qəbulu gözləməyin
Uşaqda nəfəs darlığı, dodaqlarda göyərmə, qıcolma, huşun pozulması və ya oyanmaqda çətinlik varsa, dərhal 103 nömrəsinə zəng edin.
Addım-addım
Dörd sadə addım — ilk zəngdən sağalmanın izlənməsinədək.
*1113 nömrəsinə zəng edin, onlayn formanı doldurun və ya Instagram Direct-ə yazın. Əvvəlki analizləri, çıxarışları və peyvənd kartını özünüzlə gətirin.
INCI E-RANDEVU (yeni pəncərədə açılır)Əvvəlcə şikayətləri, xəstəlik tarixçəsini, qidalanma və inkişafı birlikdə müzakirə edirik. Sonra təpədən dırnağa fiziki müayinə — səbirlə, uşağı qorxutmadan.
Lazım olduqda analiz və ya əlavə müayinə təyin olunur. Diaqnoz və müalicə planı sizə sadə dillə izah edilir; dərman yalnız zərurət olduqda yazılır.
Evdə nəyə diqqət etməli, hansı əlamətlərdə gözləmədən müraciət etməli və növbəti müayinənin vaxtı barədə aydın tövsiyələr alırsınız.
Sual-cavab
Qəbul, yaş həddi və gündüz stasionarı barədə qısa cavablar.
Bütün suallar və cavablarYenidoğulmuşdan 18 yaşadək bütün uşaqları. Körpənin ilk müayinəsi, böyümə və inkişafın izlənməsi, peyvənd təqvimi və qidalanma ilə bağlı suallar, eləcə də xəstəlik dövründə diaqnostika və müalicə bir pediatrın nəzarətində aparıla bilər.
Qısa nömrə *1113, telefon +994 12 464 89 20, INCI E-RANDEVU onlayn forması və ya Instagram Direct vasitəsilə. Ünvan: Bakı ş., Əhməd Rəcəbli küç. 19R, INCI CLINIC Bakı. Klinikanın iş saatları: Bazar ertəsi – Şənbə, 08:00–22:00.
Evdə tətbiqi riskli ola biləcək müalicələr — inhalyasiya, venadaxili infuziya (damcı) və sistemik antibiotik müalicəsi — gün ərzində tibbi heyətin nəzarəti altında, rahat stasionar otaqda aparılır. Uşaq gün boyu sizinlə birlikdə olur, axşam isə evə qayıdırsınız: gecəni xəstəxanada keçirmək lazım olmur.
Gündüz stasionarına ehtiyac olub-olmadığına pediatr müayinədən sonra qərar verir.
Profilaktik müayinə, xəstəlik şikayəti və ya sadəcə sual — qəbula yazılın, birlikdə ən doğru addımı ataq.